“Elə bir şərait yetişməlidir ki, separatçı rejim tamamilə sıradan çıxsın” -   MÜSAHİBƏ

saytların hazırlanması

Evə çatdırılma

“Elə bir şərait yetişməlidir ki, separatçı rejim tamamilə sıradan çıxsın” - MÜSAHİBƏ

Siyasət

24 Fevral 2023 14:39 943


Politoloq Orxan Amaşovun “Yeni Sabah”a müsahibəsi:

- Separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan “vəzifə”sindən uzaqlaşdırılıb. Bundan sonrakı perspektivi necə qiymətləndirirsiniz? Bakı danışıqlar üçün Xankəndidən bir adam tapa biləcəkmi?

- Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfrasında keçirilən panel diskussiyasında bildirdi ki, bizim üçün Qarabağ ermənisi, orada doğulub, yaşayan şəxsdir. Sözsüz ki, bu, çox geniş bir anlayışdır. Sonrakı prosesdə Azərbaycan dövləti ilə Qarabağın erməni icması arasında dialoq çərçivəsində bu anlayış daha da dəqiqləşdiriləcək. pizza mizza

Azərbaycan dövləti heç bir halda Qarabağ erməniləri içərisində olan separatçılarla ünsiyyətə getməyəcək. Həm də dialoqun formatı hələ dəqiq müəyyən olunmayıb. Bu, dövlətdaxili bir məsələdir və sözsüz ki, assimmetriya birmənalı şəkildə qəbul edilməlidir.

- Gözaltı etdiyimiz bir şəxs, yaxud dialoq üçün hər hansı bir format mövcuddurmu?

- Ruben Vardanyan gələnə qədər yerli erməni əhalisi ilə Azərbaycan dövlətinə aid olan şəxslər arasında müəyyən dialoq var idi və bu dialoq kənd təsərrüfatı, eləcə də digər məsələlərlə bağlı idi.

- Bəs hazırkı “dövlət naziri” Qurgen Nersisyan?

- Sonrakı mərhələdə Azərbaycan heç bir halda Vardanyanın yerinə gələn şəxslə onun daşıdığı “vəzifə” qiyafəsində ünsiyyətə daxil olmayacaq. Mən hadisələri belə görürəm. Həmçinin, bundan sonra separatçılar arasında ziddiyətlər daha da dərinləşəcək. Lakin keçmiş separatçılarla Azərbaycan dövləti arasında dialoq başlaya bilər və bu dialoq çərçivəsində artıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə dair məsələlər müzakirə oluna bilər.

Azərbaycan dövləti Qarabağın erməni icmasının nüfuzlu şəxsləri ilə dialoqa daxil ola bilər. Bu, danışıqlarda olan ikinci istiqamətdir. Əgər yetərli inkişaf olsa, o biri istiqamətdə – Bakı-İrəvan xəttində də irəliləyiş üçün stimul yarana və sülh müqaviləsinin imzalanması üçün şərtlər formalaşa bilər.

Doğrudur, bu 2 xətt bir-birindən ayrıdır, amma onlar paralel şəkildə getməlidir. Yəni Bakı-İrəvan xətti yekunlaşanda və sülh müqaviləsinin astanasına gələndə Bakı-Xankəndi xəttində də müəyyən inkişaf olmalıdır. Çünki Ermənistan tərəfi yenə də istəyir ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı məsələ sülh müqaviləsində yer alsın. Onlar bu iddialarından əl çəkməyiblər. Azərbaycan isə deyir ki, Bakı-Xankəndi məsələsini Ermənistanla eyniləşdirmək istəmirəm. Deməli, hansısa  kompromis variant əldə oluna bilər.

- Məsələn?

- Kompromis o halda ola bilər ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmir, lakin Ermənistanın da vəziyyətini anlayır. O zaman şifahi razılaşma ola bilər ki, Bakı-Xankəndi xəttində olan müəyyən bir inkişaf şərt kimi göstərilsin, İrəvan da Bakı ilə qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması əsasında artıq sülh müqaviləsi imzalasın. Yəni burada proseslərin ikiyə bölünməsi prinsipinə xələl gəlmir, amma bir prosessdəki inkişaf və inkişafın müəyyən həddə çatması digər prossesdə sülh müqaviləsi məqamına gəlmək üçün zəmin rolu oynayır.

Qısası, ayrılma yerində qalır, amma belə bir incə əlaqə də gözlənilir.

Hesab edirəm ki, bu, Azərbaycanın Ermənistana verə biləcəyi, onu razı salmaq üçün ən optimal variantdır.

- Bəs Xankəndidəki qondarma rejimin taleyi necə olacaq?

- O, hərbi qüvvəsini və resurslarını yavaş-yavaş itirməli və son nəticədə o, tamamilə de-fakto ləğv olmalıdır. Elə bir tarixi şərait yetişməlidir ki, separatçı rejim tamamilə sıradan çıxsın.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!