“Elə sədr var, həyat yoldaşı onun partiyasına üzv olmur ki, get işinlə məşğul ol”

“Elə sədr var, həyat yoldaşı onun partiyasına üzv olmur ki, get işinlə məşğul ol”

Siyasət

29 Noyabr 2022 15:14 491


“Partiya sədri tanıyıram ki, rəhbərlik etdiyi təşkilatın möhürünü hara qoyub yadına düşmür. Elə partiya sədrləri də var ki, həyat yoldaşı belə onun partiyasına üzv olmur ki, get işinlə məşğul ol, səndən siyasətçi olmaz”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu sözləri deputat, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev parlamentin noyabrın 29-da keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin l oxunuşda müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, elə siyasi partiya var ki, adındakı hərflərin sayı üzvlərinin sayından çoxdur:

“Hesab edirəm ki, yeni qanun layihəsinin əsas qayəsi ondan ibarətdir ki, bu məsələlər həllini tapsın. Siyasi partiyatara hörmət olmalı və nüfuzu qalxmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!