Ələddin Qurbanova vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Ələddin Qurbanova vəzifə verildi

Siyasət

16 Aprel 2026 16:04 563


Göygöl Rayon Ağsaqqallar Şurasının seçki yığıncağı keçirilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzində təşkil olunan iclasda Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, eləcə də rayon ziyalıları, ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Toplantıda yeni sədrin seçkisi məsələsinə baxılıb. Ələddin Qurbanov Göygöl Rayon Ağsaqqallar Şurasının yeni sədri seçilib. pizza sifarişi

O, uzun illər Göygöl rayonunun Ülfət Quliyev adına Toğanalı kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb. Ə.Qurbanov həmçinin Göygöl Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədridir.

Qeyd edək ki, Göygöl Rayon Ağsaqqallar Şurasının əvvəlki sədri Dilqəm Dilənov 2025-ci ilin dekabr ayında vəfat edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!