Energetika Nazirliyində sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulmasının yeni qaydaları ilə bağlı bir sıra dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, məsləhətçi və hüquq şirkətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
“Yeni Sabah” xəbər verir ki, tədbir “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması üzrə aparılmış islahatlarla bağlı İcra və Kommunikasiya Planı”na uyğun olaraq təşkil edilib.
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupun rəhbəri, nazir müavini Samir Vəliyev son illər ölkədə bir çox sahələr kimi kommunal sektorda da həyata keçirilən islahatlardan danışıb. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarların elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi istqamətində dövlət başçısı İlham Əliyev tərəfindən verilmiş Fərmanın əhəmiyyətini qeyd edib. Pepperoni pizza
“Azərişıq” ASC-nin nümayəndəsi Vüqar Həşimovelektrik təchizatı şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dən 2-ə, müddət isə 41 gündən 20 günə endirilib. İlk prosedurda, sahibkarlarla təmas yalnız enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı müraciətdən, razılaşdırma prosesindən ibarət olur.
Telegram kanalımız