Elektrikli avtomobillərin iflası: Nəhəng şirkətlər yenidən benzinə qayıdır

saytların hazırlanması

Evə çatdırılma

Elektrikli avtomobillərin iflası: Nəhəng şirkətlər yenidən benzinə qayıdır

Maraqlı

14 Oktyabr 2025 17:20 17647


Elektrikli avtomobillərə olan tələbatın dayanma nöqtəsinə gəlməsi avtomobil istehsalçılarını yenidən benzinlə işləyən maşınların istehsalına və yanacaqlı mühərriklərə yatırım etməyə məcbur edib.

Yenisabah.az xəbər verir ki, "General Motors” elektrikli avtomobillərə görə artıq şirkətin 1,6 milyard dollar zərər görəcəyini hesablayıb. ABŞ-də elektrikli avtomobillərə verilən 7 500 dollarlıq vergi dəstək isə sentyabr ayında sona çatıb. Bundan əlavə, Donald Tramp sera (istixana) qazı emissiyasına dair qaydaları ləğv edəcəyini elan edib.

“Ford” və “General Motors” daha az emissiya verən daxili yanma mühərriklərinin istehsalına 900 milyon dollar sərmayə qoymağı planlaşdırır. Pepperoni pizza

Yalnız ABŞ şirkətləri deyil, Yaponiya nəhəngi “Nissan” da Kanada üçün planlaşdırdığı elektrikli avtomobil investisiyasını 2 il təxirə salıb.

Bu addımların bir səbəbi də Çinin elektrikli avtomobil bazarını sürətlə ələ keçirməsidir. Avropalı avtomobil istehsalçıları 2035-ci ildə Avropa üzrə qüvvəyə minəcək benzinli avtomobillərin qadağasını yumşaltmaq çağırışı edərək, bu istiqamətdə lobbiçilik fəaliyyətinə başlayıblar.

Elektrikli avtomobillərin istehsal xərcləri də digər bir amildir. Məsələn, “Ford” elektrikli avtomobillərdən 5 milyard dollar zərər açıqlayarkən, daxili yanma mühərrikləri ilə işləyən avtomobillərdən 5 milyard dollar qazanc əldə edib.

Çinin elektrikli avtomobil bazarını demək olar ki, tamamilə ələ keçirməsi Avropa və ABŞ istehsalçılarını öz bazarlarında daha çox avtomobil satmağa məcbur edir. Bu isə elektrikli avtomobillərin yanında benzinlə işləyən daxili yanma mühərrikli avtomobillərin istehsalını artırmağa sövq edir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!