“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edildi

saytların hazırlanması

Evə çatdırılma

“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edildi

Rəsmi

26 Yanvar 2026 16:36 798


“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib.

"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi: Sezar pizza

Elektron Rəqabət İnformasiya Sisteminin (bundan sonra – ERİS) aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli;

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə ERİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və “Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri”nə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməli.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!