Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov maaşının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.
“Yeni Sabah” xəbər verir ki, bu haqda partiya məlumat yayıb.
Xəbərə görə, "Gəlin Ordumuza dəstək olaq”- deyən Əli Əhmədov YAP üzvlərini Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edib və nümunə olaraq özünün aylıq əmək haqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb. Dördpendirli pizza
Onun bu təşəbbüsünü alqışlayan Yeni Azərbaycan Partiyasının üzvləri, eləcə də partiyanın üzvü olmayan insanlar böyük ruh yüksəkliyi ilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasında iştirak edirlər.
Telegram kanalımız