Tez-tez qalmaqallı çıxışları ilə publik diqqəti öz üzərinə toplamağı bacaran Əli Əliyev siyasi fəaliyyətinə son qoyub.
Yenisabah.az xəbər verir ki, bu gün onun sədri olduğu Vətəndaş və İnkişaf Partiyası (VİP) öz qurultayını keçirib. Qurultayda VİP-in fəaliyyətinin rəsmən dayandırılması barədə qərar qəbul edilib.
VİP sədrinin keçmiş müavini Zaur Qasımov saytımıza partiyanın fəaliyyətini dayandırmasının mövcud hüquqi prosedurla bağlı olduğunu deyib. Qeyd edib ki, VİP siyasi partiyalar üçün tələb olunan 5 min üzv səddini aşa bilmədiyi üçün fəaliyyətinə son verib. pizza
Z,Qasımov Ə.Əliyevin siyasətçi kimi fəaliyyətini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.
VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.
O, Cinayət Məcəlləsinin148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan edilib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin 8 may 2023-cü ildə imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız