Əli Əsədov 3 qərarını ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov 3 qərarını ləğv etdi

Rəsmi

03 Fevral 2025 11:10 581


Nazirlər Kabinetinin 3 qərarı ləğv edilib.

Yenisabah.az xəbər verir ki, baş nazir Əli Əsədov bu barədə müvafiq qərar imzalayıb.

Qərara əsasən, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetin 30 dekabr 2019-cu il tarixli 520 nömrəli Qərarı ləğv edilib. pizza sifarişi

Həmçinin, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 nömrəli Qərarı ləğv edilib.

Bundan başqa, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli Qərarı da ləğv edilib.

Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!