Əli Əsədov Albaniya Prezidenti ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Albaniya Prezidenti ilə görüşdü

Siyasət

13 Mart 2023 18:12 509


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Albaniya Prezidentinin tədbirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirakı yüksək qiymətləndirilib. Dominos pizza

Prezident İlham Əliyevin ötən ilin noyabr ayında Albaniyaya dövlət səfərinin iki ölkə arasında əlaqələrin inkişafı baxımından tarixi önəmi qeyd edilib.

Azərbaycan-Albaniya əməkdaşlığının bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!