Əli Əsədov BƏƏ-nin vitse-prezidentini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov BƏƏ-nin vitse-prezidentini təbrik etdi

Siyasət

02 Dekabr 2023 15:13 669


Baş nazir Əli Əsədov dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktuma təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Yenisabah.az-a verilən xəbərə görə, məktubda bildirilir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərini qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətləri, ortaq dini və mədəni dəyərlər birləşdirir.

Qeyd edilib ki, bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası əlaqələrin bu gün müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunur, investisiya, iqtisadi-ticari, bərpaolunan enerji, turizm sahələrində əməkdaşlığın son vaxtlar genişlənməsi xüsusi vurğulanır. Dominos pizza

Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bir çox istiqamətlər üzrə yaxşı perspektivlərinin olduğu qeyd edilərək qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin bundan sonra da iki ölkənin xalqlarının rifahına töhfələr verəcəyinə əminlik ifadə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!