Əli Əsədov bələdiyyələrə dair sənəd imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov bələdiyyələrə dair sənəd imzaladı

Rəsmi

14 Yanvar 2025 11:21 400


Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyalar yaradılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sənədə əsasən, bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və birləşən bələdiyyələrin hər birindən bir nümayəndə daxil edilməklə, "Bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Qanununa əsasən müvafiq komissiyalar yaradılır. Dominos pizza

Komissiyaların üzvlərini təsdiq etmək üçün Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra hakimiyyəti orqanı, habelə birləşən bələdiyyələr öz nümayəndələri barədə təkliflərini beş gün müddətində Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Qanunun icrası məqsədilə bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün komissiyaların yaradılması və tərkibinin təsdiq edilməsi üçün müvafiq tədbirlər görməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!