Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşdü

Siyasət

17 Mart 2023 20:39 683


Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovla görüşüb.

Yenisabah.az xəbər verir ki, görüş zamanı Zaur Askenderovun səfərinin Azərbaycanla Dağıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, o cümlədən qanunverici orqanların qarşılıqlı fəaliyyətinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Tərəflər Azərbaycan və Dağıstan arasında müxtəlif sahələrdə münasibətlərin inkişafını müsbət qiymətləndiriblər. Dominos pizza

Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!