Əli Əsədov Fuat Oktaya başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Fuat Oktaya başsağlığı verdi

Siyasət

21 Avqust 2022 14:10 1283


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Baş nazir Ə.Əsədov Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib. 

Bu ağır faciə ilə əlaqədar Vitse-prezident F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!