Əli Əsədov Fuat Oktaya təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Fuat Oktaya təşəkkür etdi

Siyasət

04 İyun 2023 15:42 672


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının sabiq Vitse-prezidenti Fuat Oktaya təşəkkür məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Yenisabah.az-a verilən məlumata görə, məktubda Türkiyənin Vitse-prezidenti olduğu müddətdə Azərbaycan ilə münasibətlərin inkişafına yetirdiyi diqqətə görə F.Oktaya minnətdarlıq ifadə olunub.

F.Oktayın İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri kimi Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif sahələrdə genişləndirilməsinə verdiyi töhfə yüksək qiymətləndirilib. Dördpendirli pizza

Eyni zamanda Türkiyə Böyük Millət Məclisində gələcək fəaliyyətində F.Oktaya uğurlar arzulanıb, bu müddət ərzində də onun Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminlik ifadə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!