Əli Əsədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşdü

Siyasət

14 Dekabr 2021 21:05 629


Azərbaycan Baş naziri Əli Əsədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, iqtisadi-ticari, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika, rəqəmsal transformasiya və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. pizza hut

Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun əhəmiyyətinə toxunularaq tədbirdə aparılan müzakirələrin və imzalanan sənədlərin üç ölkə arasında iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!