Əli Əsədov Miqrasiya Xidməti ilə bağlı qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Miqrasiya Xidməti ilə bağlı qərar imzaladı

Siyasət

16 Yanvar 2026 18:39 772


Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarında dəyişiklik edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, miqrasiya işçilərinin ali, böyük, orta və kiçik xüsusi rütbəsi olan işçilərinin qış geyim formasına tünd-boz rəngli qış papağı, qara rəngli əlcək əlavə edilib. Sezar pizza

Həmçinin böyük, orta və kiçik xüsusi rütbəsi olan işçilərin geyim formalarına isə tünd-boz rəngli gödəkcə əlavə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!