Əli Əsədov Monteneqronun Baş naziri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Monteneqronun Baş naziri ilə görüşdü

Siyasət

05 İyul 2023 19:06 901


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 5-də ölkəmizdə səfərdə olan Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün əhəmiyyəti vurğulanıb, D.Abazoviçin tədbirdə iştirakı yüksək qiymətləndirilib. Pepperoni pizza

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində səmərəli fəaliyyəti, o cümlədən irəli sürdüyü mühüm təşəbbüslər barədə bəhs edilib.

Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Eyni zamanda, ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, turizm və digər istiqamətlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!