Əli Əsədov MÜHÜM qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov MÜHÜM qərar imzaladı

İqtisadiyyat

07 İyul 2025 17:11 2989


Baş nazir Əli Əsədov “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 68-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 7-ci hissəsinin 23-cü abzasında “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilib.

Eyni zamanda “Kredit tarixçələrini təşkil edən neqativ məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 iyul tarixli 308 nömrəli Qərarında  aşağıdakı dəyişikliklər edilib: Dördpendirli pizza

2.1. adında və 2-ci hissəsində “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Kredit tarixçələrini təşkil edən neqativ məlumatların “Elektron hökumət” portalında yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası” üzrə:

2.2.1. adında “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin;

2.2.2. 1.1-ci bənddə “Elektron hökumət” portalında (bundan sonra – Portal)” sözləri “Elektron Hökumət İnformasiya Sistemində (bundan sonra – EHİS)” sözləri ilə əvəz edilsin;

2.2.3. Qaydanın mətni üzrə ismin müvafiq hallarında “Portal” sözü ismin müvafiq hallarında “EHİS” sözü ilə əvəz edilsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!