Əli Əsədov qətərli naziri qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov qətərli naziri qəbul etdi

Rəsmi

11 Aprel 2025 14:56 627


Baş naziri Əli Əsədov Qətər Dövlətinin mədəniyyət naziri Əbdülrəhman bin Həməd Ali-Sani ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə Bakıda açılışı olan Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətinə toxunulub, tədbirin Qətər xalqının zəngin mədəni irsi, adət-ənənələri ilə yaxından tanış olmaq üçün paytaxt sakinlərinə və qonaqlara gözəl fürsət yaratdığı diqqətə çatdırılıb.

Eyni zamanda, 2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin çox uğurla keçirildiyi xatırlanıb. Bu cür tədbirlərin iki ölkənin xalqlarının daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb. Dominos pizza

Həmçinin, Azərbaycan ilə Qətər arasında ticarət, investisiya, humanitar, mədəniyyət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!