Əli Əsədov sərəncam imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov sərəncam imzaladı

Siyasət

13 Dekabr 2021 19:10 1067


Təhsil Nazirliyi peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydasına dair təkliflərini hazırlayacaq.

Yenisabah.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Təhsil Nazirliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Təhsil haqqında” qanuna uyğun olaraq, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydasına dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!