Əli Əsədov Qazax və Qusarda torpaq alınmasına dair mühüm qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov Qazax və Qusarda torpaq alınmasına dair mühüm qərar imzaladı

Rəsmi

30 Oktyabr 2025 17:32 1566


Baş nazir Əli Əsədov "Torpağın dövlət ehtiyacları üçün alınması haqqında" qərar imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, Prezidentin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-1-ci bəndinə əsasən, Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qusar Rayon İcra Hakimiyyəti, Qazax Rayon İcra Hakimiyyəti, Qusar rayonu Samur Bələdiyyəsi və Qazax rayonu Şıxlı Bələdiyyəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi, o cümlədən sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 0,49 hektar və Qazax rayonu Şıxlı Bələdiyyəsinin mülkiyyətində 5,53 hektar, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,27 hektar və Qusar rayonu Samur Bələdiyyəsinin mülkiyyətində 2,752 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətində olan 8,76 hektar torpaq sahəsi üzərində istifadə hüququ və bələdiyyə mülkiyyətində olan 8,282 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınsın (torpaq sahələrinin koordinatlarını, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur). Dördpendirli pizza

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi:

2.1. alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaratsın;

2.2. dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi məqsədilə layihə altına düşən alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilməsini təmin etsin;

2.3. layihə çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan “Azərterminalkompleks” Birliyinin gəlirləri hesabına maliyyələşdirilməsini təmin etsin;

2.4. alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!