Əli Əsədovdan dövlət ehtiyatları ilə bağlı   QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədovdan dövlət ehtiyatları ilə bağlı QƏRAR

Rəsmi

29 Dekabr 2024 15:39 1614


Nazirlər Kabineti “Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası”nı təsdiqləyib.

yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qayda “Dövlət ehtiyatları haqqında” qanuna əsasən hazırlanıb. dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasının və təqdim edilməsinin qaydasını və hüquqi əsaslarını müəyyən edir. Qaydaya uyğun dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi Qanunun 8-ci maddəsində nəzərdə tutulan maliyyələşmə mənbələri hesabına həyata keçirilir. Qaydaya uyğun dövlət ehtiyatları üçün malların tədarükündə, saxlanılmasında və buraxılmasında texniki normativ hüquqi aktların tələbləri nəzərə alınır. Qaydada istifadə olunan anlayışlar Qanunla və qüvvədə olan digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!