“Bu təxribatdır və bunu deyən adamların tərbiyəsi qıcqırıb, bilmirlər ki, nə cür yozsunlar”.
Bu sözləri keçmiş Qarabağ Azadlıq Təşkilatının sədri, hazırda isə Azad Vətən Partiyasının lideri Akif Nağı deyib.
O, yeni partiyanın yaradılmasından sonra Əli Həsənovun aktiv siyasətə qayıdacağı və Azad Vətən Partiyasının onunla bağlı olması haqda iddialara münasibət bildirib. A. Nağı əlavə edib ki, partiyanın yaranması çoxları üçün gözlənilməz oldu: pizza mizza
“Buna sevinənlər də var, rəqib kimi görənlər də. Ona görə də müxtəlif don geyindirməyə çalışırlar. Ən azından kölgə salmaq istəyirlər.
Mən aydın şəkildə demək istəyirəm ki, bu, Qarabağ Azadlıq Təşkilatının özünün qərarıdır. Əli Həsənovla da bizim heç bir əlaqəmiz olmayıb. Bu partiyanın yaradılmasını onun adı ilə hallandırmaq tamamilə mənasız və əhəmiyyətsiz bir şeydir”.
“Ümumiyyətlə, gərək əllərində sübut olsun, yoxsa ki, havaya baxıb ürəklərindən keçəni demək düzgün deyil. Partiyalar arasında da münasibətlər olmalıdır, mətbuatda da bu məsələlərə ciddi yanaşmaq lazımdır. O bəzi fikirlər isə bəsit bir düşüncə üzərində qurulub. Hər hansı bir fikir deyiləndə mən istərdim ki, əllərində bir əsas və sübut olsun ki, sonra onu bildirsinlər”, - deyə partiya sədri yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız