Əli İnsanov başı üzərindən Rəsulzadə və Elçibəyin portretini asdı

saytların hazırlanması

Evə çatdırılma

Əli İnsanov başı üzərindən Rəsulzadə və Elçibəyin portretini asdı

Siyasət

01 Noyabr 2021 07:27 4841


Xəbər verildiyi kimi, HƏP sədri Əli İnsanov öz ofisində Müsavat Partiyasının sədri Arif Hacılını qəbul edib.

“Yeni Sabah” Musavat.com-a istinadən bildirir ki, bu barədə məlumatlar hələ ötən həftənin sonlarında yayılıb. Görüş haqqında yayılan fotolar ortaya maraqlı mövzu çıxarıb. Təqdim etdiyimiz fotolardan da məlum olur ki, yenicə qeydə alınmış HƏP sədri özünün otağında Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin portretlərini asıb.

Əli İnsanovun otağında onu nazir edən, ölkənin və YAP-ın rəhbər heyətinə gətirən Heydər Əliyevin də portretinin olub – olmaması bəlli deyil. pizza sifarişi

Əli İnsanov Azərbaycanın bu iki böyük şəxsiyyətini bütün karyerası boyunca düşmən sayıb, onlara münasibətini də hər zaman düşməncə ifadə edib. İndi onun Elçibəy və Rəsulzadənin portretini başı üzərindən asması birmənalı qarşılnmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!