Əli İnsanov Prezident Administrasiyasında

saytların hazırlanması

Evə çatdırılma

Əli İnsanov Prezident Administrasiyasında

Siyasət

15 Dekabr 2021 14:38 2209


Bu gün  Azərbaycan Respublikasının Prezident Sarayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşdüm.

“Yeni Sabah” xəbər verir ki, bunu Haqq Ədalət Partiyasının sədri Əli İnsanov deyib. O, bildirib ki, 2 saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamları geniş müzakirə ediblər:

“Cənab Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə məni təbrik etdi və partiyaya gələcək fəaliyyətində uğurlar arzuladı. Sezar pizza

Mən dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim.

Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!