“Tarixdə mərhəmətli, ədalətli və öz millətinin dəyərlərinə, ənənələrinə sayğı göstərən dövlət başçıları, hökmdarlar həmişə hörmətlə yad edilib. Mən çox ümid edirəm ki, prezident İlham Əlyev bu təcrübədən çıxış edərək, növbəti əfv sərəncamı imzalayarkən, görkəmli alim Əli İnsanovun da adını azad ediləcək şəxslərin siyahısına əlavə edəcək”.
Bu fikirləri Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov deyib.
İlyas İsmayılov bildirib ki, artıq 73 yaşını haqlamış və 14 ildir dustaq həyatı yaşayan görkəmli alimin həbsdə saxlanması təkcə hakimiyyətə yox, elə bir millət kimi, bizim özümüzə də hörmət, başucalığı gətirmir: “Milləti qabağa aparan, ona yol göstərən alimləridir və bu səbəbdən dövlət başçıları həmişə öz alimlərini qorumağa can atmalıdır. Qoca tarix alim-hökmdar dialoqları, alimlər üstündə çıxan savaşlar, alimlərin qorunması üçün ölkə rəhbərlərinin keçirdikləri xüsusi əməliyyatlar barədə heyrətamiz nümunələrlə doludur. Ancaq biz nə edirik? Onsuz da çox az sayda olan həqiqi elm sahiblərimizi, əsl alimlərimizi qorumaq, onlara fəaliyyətləri üçün yüksək şərait yaratmaq əvəzinə, onları min bir əziyyətə, məhrumiyyətlərə düçar edirik, həbsə atırıq. Dördpendirli pizza
Alim cəmiyyətin dəyəridir. Təsadüfi deyil ki, Məhəmməd Peyğəmbər “Aimin mürəkkəbi ilə şəhidin qanı göylər üçün eyni rəngdədir” deyirdi. Axı sındırılmış, alçaldılmış, təhqir edilmiş alimlərlə biz cəmiyyəti necə inkişaf etdirərik? Bu bir həqiqətdir ki, Əli İnsanov Azərbaycanın dünya miqyasında tanınan alimlərindəndir. İndi onu gülünc və siyasi mahiyyətli olduğu açıq-aşkar görünən ittihamlarla həbsdə saxlamağın nə adı var?!
Mən hesab edirəm ki, Əli İnsanovun işi təkcə hüquq-mühafiə orqanlarının yox, həm də bizim cəmiyyətin vicdan məsələsi olmalıdır. Belə laqeyd münasibət nə hakimiyyətə, nə də bir millət kimi, bizə hörmət gətirmir”.
Strateq.az
Telegram kanalımız