Son günlər müxalif düşərgədə əməlli-başlı canlanma müşahidə olunur.
AMİP lideri Etibar Məmmədovun qəfildən fəallaşması fonunda keçmiş Müsavat başqanı, eks-spiker İsa Qəmbərin yenidən aktiv siyasətə dönəcəyi ilə bağlı xəbərlərin dövriyyəyə buraxılması gözləri hakimiyyət əleyhdarlarına çevirib.
“Yeni Sabah” xatırladır ki, Azərbaycan siyasətinin ən stajlı personalarından olan Etibar Məmmədov uzun illər əvvəl AMİP-dən istefa verərək, biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. Qocaman siyasətçinin ölkənin həyatında mühüm rol oynayan bir çox taleyüklü məsələlərə ciddi-cəhdlə münasibət bildirməkdən yayınması onun nə vaxtsa aktiv siyasətə qayıdacağı ehtimalını sıfıra endirmişdi. Xüsusilə sonuncu prezident və parlament seçkilərində iştirakdan birmənalı şəkildə boyun qaçırması istiqlalçı-deputatın tədricən unudulmasına və tarixə çevrilməsinə səbəb olmuşdu. pizza sifarişi
Qeyd edək ki, 2022-ci il ciddi siyasi hadisələrlə yadda qalmasa da, keçmiş AMİP sədrinin fəallığı nəzərdən qaçmadı. Xüsusilə son bir neçə ayda siyasi proseslərin mərkəzində olmağa çalışması Etibar Məmmədovun personasına marağı daha da artırıb. Düzdür, AMİP lideri hər vəchlə daxili-siyasi proseslərə münasibət bildirməkdən yayınmağı bacarır. O, daha çox regional məsələlərdən, xüsusilə Rusiya-Ukrayna münasibətindən və İranda baş verən hadisələrdən danışmağa həvəs göstərir. Amma hansı mövzuda danışmağından asılı olmayaraq, Etibar Məmmədovu artıq siyasi proseslərin episentrində görmək olar. Bu isə siyasi müşahidəçilərə uzağagedən nəticələr çıxarmağa əsas verir. Siyasi kluarlarda Etibar Məmmədovun tezliklə aktiv siyasətə qoşulacağına inananların sayı sürətlə artır.
Etibar Məmmədovun qəfildən fəallaşması Azərbaycan siyasətində nəzərəçarpacaq canlanmaya səbəb olub. Ötən gün sabiq Müsavat başqanı İsa Qəmbərin yenidən sədr postuna qayıdacağı ilə bağlı xəbəri bu kontekstdən dəyərləndirənlər az deyil. Siyasi təhlilçilər hesab edirlər ki, keçmiş spiker meydanı əzəli və əbədi rəqibinə buraxmaq istəmir. İsa Qəmbərin ən yaxın zamanda Müsavat başqanı postua qayıdaraq, Etibar Məmmədovun meydanını daraldacağı güman edilir.
Müşahidələrimiz onu deməyə əsas verir ki, Musavat partiyasının daxilində bu qərarı sevinclə qarşılayanlar az deyil. Qocaman müsavatçılar hesab edirlər ki, Qəmbərin geri dönüşü partiyanın yenindən güclənməsinə səbəb olacaq.
Məlumatlara görə, müxalifət düşərgəsində cərəyan edən son hadisələr müxaliftin radikal qanadını - Əli Kərimlinin de-fakto başçılıq etdiyi Milli Şura və AXCP cinahını narahat etməyə başlayıb. İndiyə kimi, özünü müxalifətin şəriksiz lideri hesab edən Əli Kərimlinin iki təcrübəli rəqibinin - İsa Qəbmər və Etibar Məmmədovun yenidən “dirilməsindəm” narahat olduğu bildirilir.
Məlumatlı şəxsin dediyinə görə, sabiq səhiyyə naziri Əli İnsanovun iştirakı ilə müxalifətin geniş koalisiyasını yaratmağı hədəfləyən, amma daxili intriqalar üzündən məqsədinə çata bilmyən AXCP sədrinin mövqelərini itirmək təhlükəsi ilə üzləşdiyi deyilir.
Mənbə bildirib ki, Əli Kərimli təşəbbüsü əldən vermək fikrində deyil. Onun bu məqsədlə müəyyən addımlar atmağa hazırlaşdığı bildirilir. Bu sıraya hakimiyyət əleyhinə aksiyaların keçirilməsi də daxildir. AXCP sədrinin bu məqsədlə noyabr ayından etibarən siyasi və sosial tələblərlə mitinq və küçə yürüşlərinə start verəcəyi gözlənilir.
Telegram kanalımız