“Əli Kərimlinin statuslarını cəmi 5-6 yüz nəfər “like” edir” – YAP-çı deputat

saytların hazırlanması

Evə çatdırılma

“Əli Kərimlinin statuslarını cəmi 5-6 yüz nəfər “like” edir” – YAP-çı deputat

Siyasət

20 İyul 2023 12:25 1656


“Hesab edirəm ki, siyasi partiyaların “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq, yenidən qeydiyyata alınması məsələsində müxalif dairələrin bu kimi mövqelərinin heç bir ciddi əsasları yoxdur. Problem onların özündədir. Çünki indiyə qədər, təxminən 30 il ərzində “Siyasi partiyalar haqqında” köhnə qanunlar qüvvədə idi. Bu partiyalar da əllərini sinəsinə döyüb fəxarət hissi ilə qeyd edirdilər ki, onların çox böyük sosial bazası var”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının üzvü Elman Nəsirov deyib.

O, ötən gün Ədliyyə Nazirliyi tərəfindən ReAl, AXCP və Müsavat partiyalarına verilən cavabdan söz açıb. Xatırladaq ki, nazirlik hər 3 partiyanın qeydiyyata alınma məsələsində problemlərim olduğunu dilə gətirərək, bu qurumlara 30 gün vaxt verib. pizza mizza

“Mən bütün müxalif partiyaların siyasi liderləri ilə dəfələrlə debatda olmuşam. Debat zamanı və ondan sonra söyləyiblər ki, bizim partiyanın üzvlərinin sayı 40-50 mindir. Hətta AXCP və Müsavat söyləyirdi ki, 50 mindən də yuxarıdır. Lakin “Siyasi partiyalar haqqında” yeni qanunun sadə bir tələbi var: 5 min üzvünüz varsa, kifayətdir ki, həmin partiya yenidən qeydiyyata alınsın. Elə məhz bu anda da bütün həqiqətən bütün çılpaqlığı ilə üzə çıxır. Necə deyərlər, bu meydan, bu şeytan. Göstər görək nə qədər sənin dəstəyin var.

Məsələn, ReAl Partiyası. Bu partiya sənədlərini Ədliyyə Nazirliyinə verəndə ortaya çıxdı ki, onun dünyasını dəyişən üzvləri belə var. Hətta nazirlikdən o adamlara telefon zəngi edib soruşurlar ki siz ReAl üzvüsünüz? Söyləyirlər ki, xeyr, üzv deyilik. Eyni aqibəti bu gün Müsavat Partiyası da yaşayır. Deməli, problem özlərindədir ki, sosial bazaya malik deyirlər”, – E. Nəsirov əlavə edib.

YAP-çı deputat xatırladıb ki, AXCP-ni də eyni tale gözlədi:

“Bu barədə bircə fakt söyləyim. AXCP sədri Əli Kərimlinin ən populyar hesab etdiyi yazılarına 600-700 nəfər “like” edir. Onun yazdığı statuslara heç 5 min nəfərin “like” qoyub rəy yazdığı faktı qeydə alınmayıb. Əgər bir siyasi partiya liderinin bəyanatını, mövqeyini, çağırışını 600-700 nəfər “like” edirsə, təsəvvür edin ki, əgər bu partiyanın 50 min üzvü varsa, onun liderini 600 nəfər “like” edər? Amma sadəcə 5 min üzv lazımdır ki, qeydiyyata düşsünlər. Bir dəfə monitorinq aparsaq, görərik ki, Əli Kərimlinin sosial şəbəkə hesabında 5 min “like” yoxdur”.

Müsahibimizin fikrincə, belə olan halda problemi özlərində axtarsınlar ki, niyə xalq onları dəstəkləmir, niyə onların sosial bazası yoxdur:

“Ona görə ki, xalqın gözü tərəzidir və xalq görürük ki, Prezident İlham Əliyev elə bir siyasət həyata keçirir ki, onun nəticəsində ölkəmin təhlükəsizliyi və əmin-amanlığı təmin edilir, tarixi qayıdışımız bərpa edilib. Bu reallıq fonunda siyasi partiyaların sosial dayaqları lap müflisləşdi. Onlar üçün indi 5 min üzv toplamaq çox böyük dərdə problemə çevrilib. Ona görə də ReAl, Müsavat və AXCP günahı özündə görməlidir ki, düz etmirlər, atdıqları addımlar xalq tərəfindən bəyənilmir”.

“İnsanlar necə Müsavata üzv olsunlar ki, cənab Prezident torpaqlarımızın işğaldan azad edilməsi dövründə siyasi partiyaların dəstəyini görür, partiyalar beynəlxalq təşkilatlara müraciət edir, haqq işimizi müdafiə edir, amma Müsavat və AXCP o prosesdən kənarda qalıb, əlahiddə müraciət etmək istəyirlər. Xalq heç nəyi unutmur. Xalq bunları görür və nəticə də onların gözlədiyi kimidir. Sadəcə onlar siyasi spikulyasiya ilə məşğul olurlar ki, guya onlara ədalətsizlik olunur. Reallıq isə başqa şeyi diktə edir. Günah onların özündədir”, – deyə müsahibimiz fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!