Əli Nağıyev: “Hər cür neqativ halın qarşısı qətiyyətlə alınacaq“

saytların hazırlanması

Evə çatdırılma

Əli Nağıyev: “Hər cür neqativ halın qarşısı qətiyyətlə alınacaq“

Siyasət

27 İyul 2022 20:22 1241


"Respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla hər cür neqativ halın qarşısı qətiyyətlə alınacaq".

Yenisabah.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında çıxışında deyib.

Əli Nağıyev çıxışında bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələrin regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyətinin mütəmadi davam etdirildiyini, həmçinin Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkə müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışmasının dərin təəssüf hissi yaratdığını nəzərə çatdırıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!