Əli Şəmxani rəsmi Bakını hədələyib?

Əli Şəmxani rəsmi Bakını hədələyib?

Dünya Veb saytların hazırlanması

23 Mart 2023 10:11 855


İran Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şəmxaniyə istinadla dərc olunan xəbər tamamilə yalandır.

Yenisabah.az "Borna"ya istinadla xəbər verir ki, bunu şuraya yaxın mənbə bildirib.

Onun sözlərinə görə, martın 22-də axşam saatlarında "Twitter"də saxta səhifəyə dayaqlanmaqla, Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şəmxaninin adından Qafqaz regionunda baş verən son hadisələrlə bağlı açıqlama dərc olunub. Halbuki iran rəsmisi mövzuya dair heç bir açıqlama verməyib.

Qeyd edək ki, saxta profildə Azərbaycan Respublikası təhdid olunub və "BMT Nizamnaməsi, habelə beynəlxalq hüquqa əsasən, İranın rəsmi Bakının hərəkətlərini cavabsız qoymayacağı" bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!