Əli Xameneinin müşavirindən Azərbaycana qarşı   İTTİHAMLAR

saytların hazırlanması

Evə çatdırılma

Əli Xameneinin müşavirindən Azərbaycana qarşı İTTİHAMLAR

Siyasət

28 İyun 2022 19:21 3967


İranın ali lideri Əli Xameneinin ali müşaviri Əli Əkbər Vilayəti Azərbaycan - İsrail əlaqələrini tənqid edib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, o, bu barədə “Təsnim” xəbər agentliyinə açıqlamasında danışıb. Dördpendirli pizza

“Bizim onlarla yolumuzun ayrılmasının səbəbi Azərbaycanın İsraillə olan əlaqələridir”, - deyə Vilayəti bildirib.

O, Bakıyla xoş niyyətli münasibətdə olmaq istədiklərini iddia etsə də, buna görə şərt qoyub.

“Biz müsəlman ölkələrinin İsraillə münasibət qurmalarını qəbul edə bilmərik. İsraillə əlaqədə olan ölkə bir o qədər də bizdən uzaq sayılır”, - deyə Əli Xameneyinin müşaviri qeyd edib.

Qeyd edək ki, bundan öncə də İran rəsmilərinin çox sayda oxşar bəyanatları səslənib, onlar Azərbaycanla İsrail münasibətlərinin yaxınlığından narahatlıqlarını ifadə ediblər.

Yeri gəlmişkən onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev İsraillə əlaqələrə görə səsləndirilən bəyanatlara cavab olaraq başqalarına dövlətin daxili və xarici işlərinə qarışmasına imkan verilməyəcəyini bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rauf
    Bu ləyaqətsiz 90cı illərdə İsraillə əlaqələrimiz olmayan vaxtı erməni-rus işxalı,soyqırımı olanda harda ölmüşdü.? Sizin tarixən niyyətiniz saf olmayıb, Azərbaycan-Türk kəlməsi eşidəndə özünüzə yer tapanmırsız, qorxursuz, amma hürmədən də dayananmırsız. Hardaydız onda ? məscidlərdə donuz saxlayanlara silah, yanacaq, ərzaq ötürəndə müsəlman olduğunuz yadınıza düşmürdümü? Siz vallahi heç müsəlmanda deyilsiz, nə zadsızsa düzünü Allah bilir.
    4 years ago