Ötən gün ehtiyyatda olan general-leytenant, Milli Məclisin deputatı Əliağa Hüseynov millət vəkili kimi təmsil olunduğu Salyan rayonunda müxalifətçilərin olmadığını bildirib.
“Həyatı boyu Salyanda müxalifət olmayıb və bundan sonra da olmayacaq. Salyanın o qədər ziyalıları var ki, onlar heç zaman rayonda savadsız insanların müxalifətçi olmasına imkan verməzlər. Ümumiyyətlə, Salyanda həyatı boyu müxalifət olmayıb”- deyən deputatın bu fikirləri ciddi səs-küyə səbəb olub.
Hətta Əliağa Hüseynovun qeyd edilən iddiasına bəzi salyanlı müxalifətçilərdən cavab gəlib. pizza
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən deputat hələ də eyni fikirdə olduğunu vurğulayıb:
“Mən gördüyümü, bildiyimi deyirəm. Allah hamısının canını sağ eləsin. Ürəkləri nə istəyir yazırlar. Qoy etsinlər. Onsuzda insanlar öyrəşiblər. Onlar həqiqəti eşitmək istəmirlərsə, nə edə bilərəm. Mən Salyanda müxalifətçi görməmişəm, yoxdur! Artıq sözümü demişəm”.
Əliağa Hüseynov həmçinin sahibi olduğu restoranda vergi müfəttişlərinin yoxlama aparması bağlı iddiaları da cavablandırıb:
“Onu Vergilər Nazirliyindən öyrənin. Həmin restoranın sahibi mən deyiləm. Mənə nə aidiyyatı var ki? Şəxsən mənlik bir şey yoxdur”.
Qeyd edək ki, ötən gün Bakının Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yanında yerləşən “Atlantis” şadlıq sarayında vergi yoxlaması aparılıb. Obyektin sahibinin Salyanın deputatı Əliağa Hüseynov olduğu bildirilir.
Günay Rəsulqızı
Telegram kanalımız