Əlibəy Hüseynzadənin qızına “Xalq Cümhuriyyətinin 100 illik medalı“ verildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Əlibəy Hüseynzadənin qızına “Xalq Cümhuriyyətinin 100 illik medalı“ verildi - Foto

Mədəniyyət

24 Sentyabr 2019 12:03 1313


Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitə sədri Fuad Muradov Azərbaycanın böyük mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turanla İstanbuldakı evində görüşüb.

Komitə sədri 101 yaşlı Feyzavər Alpsarın səhhəti ilə maraqlanıb, onunla söhbət edib. Dominos pizza

F.Muradov Xalq Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, Xalq Cümhuriyyətin yaradılmasında iştirak edən şəxslərin ailə üzvlərinə verilən "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Feyzavər Alpsara təqdim edib. Komitə sədri Əlibəy Hüseynzadənin xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!