˝LIBRAFF˝ bu gündən yazıçı Elif Şafakın kitablarının satışından imtina edib.
Yenisabah.az xəbər verir ki, bu barədə “LİBRAFF” mağazalar şəbəkəsinin rəsmi “Facebook” səhifəsində məlumat yerləşdirilib. Açıqlamaya görə, “LİBRAFF”ın bu addımına səbəb yazıçının “Twitter” hesabında ˝sənət˝ adı ilə erməni işğalına haqq qazandıran paylaşımı olub:
“Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda 27 sentyabrdan başlayan Vətən Müharibəsi bizə yanımızda və qarşımızda olanları tanımaq imkanı yaratdı. Yazıçı Azərbaycan xalqından üzr istəyənə qədər mağazalarımızda kitablarının satışı dayandırılır. pizza mizza
"Baku Book Center", "Ali and Nino", "Kitabevim.az", "Azər Kitab" və digər kitab mağazalarını da oxşar addımı atmağa çağırırıq. Biz birlikdə güclüyük!”.
Qeyd edək ki, “Ali and Nino”nun təsisçisi Nigar Köçərli də məsələyə münasibət bildirib:
“Elif Şafakın “Twitter”də olan son paylaşımını qınayıram Bu sülh çağırışı deyil, əksinə bu, bizim duyğularımızla oynamaqdır, işğalçıya dəstək verməkdir. Şuşa hər bir azərbaycanlı üçün müqəddəsliyimizin rəmzidir və müqəddəs yerdir. Qarabağ Azərbaycandır!”.
Telegram kanalımız