Fransada əlil nazirə təcavüz ittihamı irəli sürülüb.
Yenisabah.az xəbər verir ki, yeni hökumətdə həmrəylik, muxtariyyət və əlillər naziri vəzifəsinə təyin edilən Damien Abad haqqında zorlama iddiaları gündəmə gəlib.
2 qadın Abadın 2010-11-ci illərdə onları cinsi əlaqəyə məcbur etdiyini iddia edib. pizza hut
2017-ci ildə qadınlardan birinin Abaddan polisə şikayət edib, lakin sübut olmadığı üçün heç bir tədbir görülmədən işin bağlanıb.
Damien Abad iddianı təkzib edib: “Mənə qarşı cinsi zorakılıq ittihamlarını qətiyyətlə rədd edirəm. Həyatım boyu yaşadığım bütün münasibətlər həmişə qarşılıqlı razılıq əsasında olub”.
Telegram kanalımız