“Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub

saytların hazırlanması

Evə çatdırılma

“Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub

Sosial

30 Yanvar 2019 15:36 962


Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində “Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub.

“Yeni Sabah” xəbər verir ki, nəşrdə əl işləri haqqında məlumat dərc olunan gənclərə kitab-albom hədiyyə edilib.   

Qeyd olunub ki, 278 səhifəlik kitab-albomda sosial xidmət müəssisələrinin  60-a qədər istedadlı sakini, o cümlədən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin yetirmələrindən 50-dən artıq istedadlı gənc haqqında məlumatlar və onların yaradıcılıq nümunələri əksini tapıb. Boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanların, ilk inklüziv teatr olan ƏSA-nın yaradıcı heyətinin əldə etdiyi uğurlara da nəşrdə geniş yer verilib. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab-albomun yaxın zamanda digər dillərdə çap olunması, bu kitab-albom əsasında yaradıcı fiziki məhdudiyyətli insanların elektron reyestrinin, həmin reyestr əsasında əl işlərinin satışı portalının yaradılması da nəzərdə tutulur. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!