Əlilliklə bağlı bu qayda dəyişdi - Baş nazirdən   QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Əlilliklə bağlı bu qayda dəyişdi - Baş nazirdən QƏRAR

Siyasət

12 Avqust 2022 19:16 1197


Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasına dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliklə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə çıxışını, habelə göndəriş barədə məlumatların real vaxt rejimində Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin edəcək. Marqarita pizza

Bundan əvvəl isə Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!