“Əlimizdən gələni edəcəyik ki, Ermənistan...” - ABŞ

saytların hazırlanması

Evə çatdırılma

“Əlimizdən gələni edəcəyik ki, Ermənistan...” - ABŞ

Siyasət

21 İyun 2022 00:14 1684


ABŞ Azərbaycanla sülh əldə etməsi üçün Ermənistana hər cür dəstəyi göstərəcək.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid erməni mediasına müsahibəsində deyib.

“Birləşmiş Ştatlar bu prosesə dəstəyində sadiqdir: biz həqiqətən də faydalı olmaq istəyirik. ABŞ həm də Dağlıq Qarabağ münaqişəsində əsas rol oynayan Minsk Qrupunda həmsədr ölkədir. Və biz bu prosesə əvvəlkitək sadiq qalırıq. Həmçinin Avropa İttifaqının da mühüm rol oynadığını görürük. Ona görə də hiss edirəm ki, bu, region üçün bir fürsətdir və biz sülh naminə Ermənistan üçün əlimizdən gələni edəcəyik”, - deyə o bildirib. Toyuqlu pizza

Qeyd edək ki, Bakıdan İrəvana 18 iyunda səfər edən Donfridin keçmiş Dağlıq Qarabağ münaqişəsi və artıq tarixə qovuşmuş, faktiki olaraq fəaliyyəti iflic olan Minsk Qrupundan danışması doğrudan da İrəvana "hər cür kömək cəhdi" təsiri bağışlayır.Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!