Elina haqda film çəkiləcək

saytların hazırlanması

Evə çatdırılma

Elina haqda film çəkiləcək

Mədəniyyət

24 Sentyabr 2019 11:23 1835


Bu ilin aprelində özünü oxuduğu 162 saylı məktəbin binasından ataraq intihar edən Elina Hacıyevanın həyatı ekranlaşdırılır.

"Yeni Sabah" bildirir ki, bu barədə “Qafqazinfo”ya aktyor-rejissor Kamran Ağabalayev məlumat verib. 

O, yeni lentə aldığı “Ağacdələn” filmindən əldə olunan gəlirin Elina ilə bağlı kinonun çəkilməsinə xərclənəcəyini qeyd edib. Kamran gəliri olmadığı təqdirdə işləyib, qazanıb bu filmi çəkəcəyini bildirib: Toyuqlu pizza

“Konkret bir plan var. Film Elinanın timsalında dərdini kiməsə deyəcək bir dostu, ailəsi olmadığı üçün intihara əl atan insanlardan bəhs edəcək. Əlimdə tam material yoxdur. Ssenari hazır olduqdan sonra ailəsi ilə görüşmək fikrindəyəm. Düşünürəm ki, o mərhələyə hələ var. Ssenarim Elina və Elinakimilərin ətrafında bir dostunun olmaması ilə bağlıdır. Ailəsi qarşı çıxacağı təqdirdə, qızın adı “EI LİNA” olacaq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!