“Eliş 020“ həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

“Eliş 020“ həbs olundu

Kriminal

27 Noyabr 2025 10:42 642


"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik və qeyri-etik paylaşımlar edən, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayan 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, həmin şəxs "Eliş 020" adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyd edilən paylaşımları edib.

E.Nəbiyev saxlanılan zamanı ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. pizza mizza

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb və E.Nəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barısində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, E.Nəbiyev bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!