Şərqşünas-yazar Əziz Rzazadə yazıçı Əlisa Nicatın iddiasını təkzib edib.
“Yeni Sabah” xəbər verir ki, “Kanal 13”ə müsahibəsində yazıçı Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinə dair iddia irəli sürüb.
O bildirib ki, bir neçə beyt poemanın müasir nəşrlərindən çıxarılıb. pizza mizza
Ə. Nicatın sözlərinə görə, “Bu bir İran dastanıdır, mən çevirdim bizim dilə” misrası hazırda yeni nəşrlərə salınınmır. Yalnız 1937-ci ildə çap olunan nüsxədə gürcü şairin həmin misralarına Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”ında rast gəlmək mümkündür.
Üstəlik, Ə.Nicat iddia edib: “İran dastanı" dedikdə söhbət farslardan getmir, Azərbaycanın nağılları və dastanlarından gedir".
Şərqşünas-yazar Əziz Rzazadə sosial media hesabında Əlisa Nİcatın iddiasının saxta olduğunu bildirib. O qeyd edib ki, həmin sətirlər əsərin 2006-cı il nəşrində (Bakı, Avrasiya Press)və Rusiya nəşrlərində hələ də qalır:
"Bu bir İran dastanıydı, dolaşardı dildən-dilə,
Nadir olan inci kimi o gəzərdi əldən-ələ.
Onu gürcü dilində mən şerə saldım bilə-bilə,
Qiymət verər nazlı canan zəhmətimə indən belə".
Эта повесть, из Ирана занесенная давно,
По рукам людей катилась, как жемчужное зерно.
Спеть ее грузинским складом было мне лишь суждено
Ради той, из-за которой сердце горестью полно.
Aydan Hacı
Telegram kanalımız