Səhhətində yaranan problemlərə görə Respublika Klinik Xəstəxanasına yerləşdirilən şair Əlisəmid Kür evə buraxılıb.
Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
Bildirilib ki, şairin evə köçürülməsini həkimlər məsləhət görüb: "Dedilər ki, tibbi baxımdan heç bir ümid qalmayıb, aparın evə. Bizim də başqa çarəmiz qalmadı". pizza mizza
Xatırladaq ki, 71 yaşlı Əlisəmid Kür sentyabrın 15-dən səhhətində yaranan problemlərə görə Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, daha sonra Respublika Klinik Xəstəxanasına köçürülmüşdü.
Aydan Hacı
Telegram kanalımız