“Yemək yeyə bilmir, yalnız su qəbul edir. Ümumilikdə isə huşu yerindədir, ayıq vəziyyətdədir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva deyib.
O bildirib ki, atasının səhhətində hər hansı bir dəyişiklik yoxdur: pizza
“Hazırda vəziyyəti ağırdır. Səhhətində hər hansı bir irəliləyiş yoxdur. Ötən gün Milli Onkologiya Mərkəzindən həkim gətirmişdik. Qan analizi götürdülər. Nəticələrinə əsasən xərçəng nümunələri aşkarlanmayıb. Ümumi müayinələrə görə isə bədənində xərçəng hüceyrələri var”.
Aynur Mehdiyava bildirib ki, şair və yazıçılar, yaxın dostları mütamadi olaraq Ə.Kürün səhhəti ilə maraqlanırlar: “Hər kəs diqqət mərkəzində saxlamağa çalışır. Biz isə hələlik gözləyirik”.
Qeyd edək ki, Ə.Kürün 71 yaşı var. Sentyabrın 15-də onun səhhətində problemlər yaranıb. Şair Respublika Diaqnostika Mərkəzinə yerləşdirilsə də, daha sonra onun müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi. Ə.Kür oktyabrın 4-də evə buraxılıb. Vəziyyəti ağırdır.
Aydan Hacı
Telegram kanalımız