Respublika Klinik Xəstəxanasından evə köçürülən şair Əlisəmid Kürün vəziyyəti ağır olaraq qalır.
Bu barədə "Yeni Sabah"a şairin həyat yoldaşı Mətanət Mehdiyeva bildirib.
"Artıq 3 gündür ki, xəstəxanadan evə gətirmişik. Vəziyyətində heç bir dəyişiklik yoxdur. Necə gətirmişdiksə, elə də qalır. Vəziyyəti ağırdır. Hələ ki, gözləyirik". pizza mizza
Qeyd edək ki, Ə.Kürün 71 yaşı var. Sentyabrın 15-də onun səhhətində problemlər yaranıb. Şair Respublika Diaqnostika Mərkəzinə yerləşdirilsə də, daha sonra onun müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
Aydan Hacı
Telegram kanalımız