Əliyar Ağayevə ağır cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

Əliyar Ağayevə ağır cəza verildi

İdman

06 Aprel 2026 23:10 2753


Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında verdiyi qərarlarla gündəmə gələn matçın baş hakimi Əliyar Ağayev ağır cəzaya məruz qalıb.

"Yeni Sabah" "Teleqraf"a istinadən xəbər verir ki, penalti epizodlarında matçı davam etdirən təcrübəli FIFA referisi mövsümün növbəti beş turunda Premyer Liqa oyunlarına təyinat almayacaq.

Bundan başqa, həmin qarşılaşmada VAR hakimi olan Cavid Cəlilov da cəzalandırılıb. C.Cəlilov matçın 70-ci dəqiqəsində Qismət Alıyevin Roderik Millerin ayağını tapdaladığı epizodda potensial penaltini düzgün dəyərləndirə bilməyib və Əliyar Ağayevi monitora çağırmayıb. Oyunun nəticəsinə birbaşa təsir edən qərarlar olduğundan hər iki hakim eyni cəzaya məruz qalıb. Dominos pizza

Qeyd edək ki, bu gün AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov sözügen matçdakı epizodları dəyərləndirib və Əliyar Ağayevin hər iki epizodda yanlış qərarlar verdiyini təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!