“Əliyev bunu deyibsə, edəcək” - Qriqoryan

saytların hazırlanması

Evə çatdırılma

“Əliyev bunu deyibsə, edəcək” - Qriqoryan

Siyasət

11 Noyabr 2022 21:11 2149


İlham Əliyev Şuşadakı çıxışı zamanı qeyd etdi ki, 2025-ci ildə Qarabağda müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılar regionu tərk edəcək. Ermənistan tərəfi əlbəttə ki, “bu, sadəcə populizmdir” deyib bu məsələni bağlamaq istəyərdi. Lakin tarix bizə sübut edib ki, Əliyev dediklərini edən liderdir.

Yenisabah.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi analitik Qalust Qriqoryan çıxış edib.

“Yadınıza çox da uzaqda olmayan bir tarixi salın. Qəbələ RLS Rusiya üçün Cənubi Qafqazda çox vacib bir strateji obyekt idi. Əliyev onu da Azərbaycandan çıxara bilmişdi. İndi o, açıq-aydın Rusiyaya da mesaj verdi – az qalıb, 2025-ci ildə sülhməramlılar regiondan çıxarılacaq”, - deyə o qeyd edib./Axar.az pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!