Əliyev daha inamlı görünürdü-Rus ekspert

saytların hazırlanması

Evə çatdırılma

Əliyev daha inamlı görünürdü-Rus ekspert

Siyasət

25 Yanvar 2019 18:49 1032


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Davos görüşü ilk növbədə onu göstərdi ki, hazırda Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində dəqiq siyasi xətti yoxdur.

Bunu rusiyalı teleaparıcı və ekspert Yevgeni Mixaylov deyib.

O bildirib ki, Azərbaycan Prezidenti daha inamlı görünürdü: pizza hut

“Prezident İlham Əliyev Nikol Paşinyandan fərqli olaraq daha geniş nizamlama planı ilə çıxış etdi. Son zamanlarda ATƏT Minsk qrupu həmsədrlərinin münaqişə tərəflərini əhalini sülhə hazırlamaq barədə şərhlərini də nəzər alsaq, bu fakt onu göstərir ki, Paşinyanın seçimi azdır. Ona görə də ehtimal edə bilərəm ki, Davos görüşü Dağlıq Qarabağ münaqişəsinin real həllinin başlanğıcıdır”.

Y.Mixaylov qeyd edib ki, bir çox KİV-lərdə N.Paşinyanın ünvanına tənqidlər səslənməsini, eləcə də onun mövqelərini əldən verdiyi barədə fikirlərin yer almasını təsadüfi hesab etmir:

“Aydındır ki, Rusiya indi məhz Bakıya kömək etmək üçün maksimum səy göstərir, çünki Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsi artmaqdadır”.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!