“Əliyev özünə arxayındır, məqsədinə çatacağını bilir” - Sergey Markov

saytların hazırlanması

Evə çatdırılma

“Əliyev özünə arxayındır, məqsədinə çatacağını bilir” - Sergey Markov

Siyasət

11 Oktyabr 2022 23:20 2763


Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Praqa görüşünün yekunlarını şərh edib.

Yenisabah.az xəbər verir ki, rusiyalı politoloqun fikrincə, İlham Əliyev özünü sözün əsl mənasında suda balıq kimi hiss edirdi. Lakin Nikol Paşinyan çox gərgin və inamsız görünürdü. O, özünü narahat hiss edirdi.

“Praqa görüşündə bütün təmaslar Əliyevin gücünün, diplomatiyasının, aparıcı mövqeyinin və eyni zamanda, dialoqa hazır olmasının göstəricisinə çevrilib. Əliyev özünə, mövqeyinə arxayındır, məqsədinə çatacağını bilir” – deyə Sergey Markov əlavə edib. pizza

Politoloqun fikrincə, Praqada Əliyev-Ərdoğan tandemi də özünü çox parlaq və ahəngdar şəkildə göstərdi./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!