Əliyev-Paşinyan görüşü sabah olacaq 

saytların hazırlanması

Evə çatdırılma

Əliyev-Paşinyan görüşü sabah olacaq 

Siyasət

30 May 2023 17:04 924


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasındakı görüş sabah baş tutacaq. 

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin yüksək səviyyəli nümayəndəsinin Brüsseldə jurnalistlərə verdiyi məlumatda qeyd olunub.

Bildirilib ki, Avropa İttifaqı sabah Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında Fransa, Almaniya liderləri Emmanuel Makron və Olaf Şolts, eləcə də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçiriləcək "böyük görüş"ə hazırlaşır. pizza sifarişi

Məlumata görə, dialoq Kişineuda keçiriləcək Avropa Siyasi Sammiti çərçivəsində planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl beştərəfli danışıqların iyunun 1-də keçiriləcəyi bildirilirdi./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!